"Qarabağ" "Braqa" ilə oyun üçün azarkeşlərə müraciət etdi

19:57 - 9 Fevral 2024

"Qarabağ" Avropa Liqası pley-off mərhələsinin "Braqa" ilə səfər matçını izləmək istəyən azarkeşlərə müraciət edib.

Sportal.az Ağdam təmsilçisinin müraciətini diqqətinizə çatdırır:

"UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Braqa” (Portuqaliya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1500 ədəd) oyun günü - fevralın 15-i yerli vaxtla 18:00-dan etibarən “Estadio Municipal de Braga” stadionunun 1-ci qapısında - A09 və A10 sektorlarının qarşısında satılacaq.

Biletin qiyməti: 40 avro

Diqqət: Bilet almağa gələrkən özünüzlə şəxsiyyəti təsdiq edən sənəd götürməyiniz tələb olunur".

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti