"Qarabağ"ın futbolçusu "Qalatasaray"dan təklif alıb: "Danışıqlar uğurlu nəticələnmədi"

15:40 - 14 Fevral 2024

"Qarabağ"ın futbolçusu Leandro Andrade Portuqaliya mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, Avropa Liqası pley-off mərhələsinin "Braqa" ilə matçından öncə "A Bola" nəşrinə danışan 24 yaşlı yarımmüdafiəçi həyəcanlı olduğunu bildirib:

"Püşkdə “Braqa” ilə düşdükdən sonra ən çox danışdığım oyunçu Joao Moutinyudur. Meydanda üz-üzə gələcəyimiz üçün həyəcanlanıram. Ona xüsusi məhəbbətim var. Mən Moutinyunun azarkeşiyəm. Çünki onu izləyərək böyümşəm. Yenidən evdə oynayacağım üçün sevinirəm”. 

Andrade ötən ilin yayında "Qalatasaray"dan, bu ilin yanvar ayında isə Rusiya və Çindən təkliflər aldığını bildirib:

"Bu variantlar var idi. “Qarabağ”ın məni saxlamaq üçün mübarizə aparması özümü burada vacib hiss etməyimə səbəb oldu. Danışıqlar uğurlu nəticələnmədi və burada qaldım. "Transfer nağılı” başa çatdıqdan sonra müqavilə müddətimi 2027-ci ilə qədər yenilədim".

Xəbər xətti