"Braqa" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Portuqaliya təmsilçisinin baş məşqçisi Artur Jorje matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. O, "Qarabağ"la oyunun çətin olacağını bildirib:
"Qarabağ" keyfiyyəti çox olan rəqibdir. Hər il Avropa yarışlarında iştirak edirlər. Onlar daxili çempionatda uğurlu çıxış edirlər. Çətin oyun olacaq. Cavab matçı üçün vacib üstünlük qazanmaq üçün qalib gəlməyə çalışacağıq. “Qarabağ” rəqabətdə fərqlənmək istəyir və biz buna hazırlaşmalıyıq".
Qeyd edək ki, "Braqa" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da start götürəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq
saytlarin hazirlanmasi