"Qarabağ"ın 3 futbolçusu rəmzi komandada - FOTO

14:21 - 16 Fevral 2024

"Sofascore" statistika portalı UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarının rəmzi heyətini açıqlayıb.

Sportal.az xəbər verir ki, heyətdə "Qarabağ"ın 3 futbolçusu da yer alıb. Bunlar Abdullah Zubir, Marko Yankoviç və Andrey Lunyovdur.

Ən yüksək qiymət Zubirə verilib. Fransalı vingerin çıxışı 9 xalla dəyərləndirilib. Lunyova 7,9, Yankoviçə isə 8 xal verilib.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Braqa"nı 4:2 hesabı ilə məğlub edib. 


Xəbər xətti