"Qarabağ"da yeni təyinat - RƏSMİ

15:06 - 17 Fevral 2024

“Qarabağ”da yeni təyinat rəsmiləşib.

Sportal.az xəbər verir ki, Nail Kərimov klubun futbol akademiyasının uğurları üçün çalışacaq. Futbol funksioneri akademiyanın meneceri təyin olunub.

Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-24-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

Xəbər xətti