"Qarabağ" - "Braqa" matçına satılan biletlərin sayı açıqlandı

16:29 - 17 Fevral 2024

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Braqa” oyununa bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Artıq qarşılaşma üçün satışa çıxarılan bilətlərdən 26 500-ü satılıb. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Heydər Əliyev sarayının kassaları;

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.


Xəbər xətti