UEFA-dan "Qarabağ" paylaşımı - FOTO

14:28 - 21 Fevral 2024

UEFA Avropa Liqasının “X” sosial şəbəkəsindəki hesabında “Qarabağ” haqqında yeni paylaşım edilib.

Sportal.az xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin evdə keçirdiyi son 26 avrokubok matçının yalnız 2-də məğlub olduğu vurğulanıb.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Braqa"ya qarşı keçirəcək. Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 21:45-də başlayacaq.


Xəbər xətti