"Marsel"in hücumçusu Pyerr-Emerick Obameyanq Avropa Liqasının tarixinə düşüb.
Sportal.az xəbər verir ki, qabonlu futbolçu pley-off mərhələsinin "Şaxtyor"la cavab matçında (3:1) fərqlənməklə buna nail olub.
34 yaşlı forvard Avropa Liqasında ən çox qol vuran futbolçu olub. Qollarının sayını 31-ə yüksəldən Obameyanq Radamel Falkaonu qabaqlayıb.
saytlarin hazirlanmasi