"Qarabağ"ın futbolçusunun meneceri: "Ağzınızı yumun və tabloya baxın"

13:29 - 23 Fevral 2024

"Qarabağ" Avropa Liqası pley-off mərhələsində "Braqa"nı mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksəlib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov Rusiya mətbuatına açıqlama verib. "RB Sport"a danışan agent rus qolkiperlə fəxr etdiyini bildirib:

“Qarabağ” ümumilikdə 70 dəqiqə azlıqda oynadı. Yaxşıdı, əlavə vaxtda qol vurdular. Oyunun hesabı unuduldu, amma Avropa Liqasının 1/8 finalına yüksəlmək tarixdir. Hamısı qəhrəmandır, mən heç kimi ayırmaq istəmirəm. Emosiyalara qərq olmuşam, klubla fəxr edirəm, Andrey ilə fəxr edirəm. Düzgün seçim etdiyimiz bir daha təsdiqləndi. "Lunyov hara gedir, bu necə çempionatdır, necə komandadır" deyənlərin hamısına cavab vermək istəyirəm - ağzınızı yumun və tabloya baxın. Baxın, Lunev “Qarabağ”la harada oynayır".

Xəbər xətti