"Qarabağ"ın "Bayer"lə oyununun biletləri satışa çıxır

17:40 - 26 Fevral 2024

"Qarabağ"ın Avropa Liqası 1/8 final mərhələsinin "Bayer"lə səfərdə keçirəcəyi oyunun biletləri satışa çıxır.

Sportal.az xəbər verir ki, biletlər sabah "Bay Arena"da yerləşən fan-şopda və onlayn qaydada satılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hələlik yalnız klub üzvləri və abunəçilər bilet əldə edə biləcək.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması 14 mart tarixində baş tutacaq. Komandalar arasında ilk oyun isə martın 7-də Bakıda keçiriləcək.

Xəbər xətti