Paytaxt klubu 65 yaşlı məşqçini istefaya göndərəcək

11:17 - 1 Mart 2024

“Latsio” rəhbərliyi baş məşqçi Mauritsio Sarrini mövsümün sonunda istefaya göndərilə bilər.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “qartallar”ın rəhbərliyi yeni baş məşqçi ilə bağlı hələlik yekun qərarı verməyib. Lakin indidən paytaxt klubunun yeni baş məşqçi axtarışına çıxdığı iddia olunur.

65 yaşlı mütəxəssis 2021-ci il iyun ayından “Latsio”ya rəhbərlik edir. 

Onun klubla müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti