"Sabah"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisini Krunoslav Renduliç çalışdıracaq. Bu barədə Xorvatiyanın "gol.dnevnik.hr" portalı məlumat yayıb.
Azərbaycan klubu 50 yaşlı mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Renduliçin köməkçiləri Saşa Sabljak və Domaqoy Periç olacaq.
Krunoslav Renduliç baş məşqçi kimi Xorvatiyada "İstra", "Sibenik" və "Qoritsa"nı çalışdırıb. O, İran milli komandasında köməkçi məşqçi kimi də işləyib.
Xorvatiyalı mütəxəssisin son klubu Bosniya və Herseqovinada "Zrinjskini" olub. Renduliç Mostar təmsilçisi ilə ölkə çempionu olub, kuboku qazanıb və Avropa Konfrans Liqasının qrup mərhələsində iştirak edib.
saytlarin hazirlanmasi