"Bayer"in futbolçusu Robert Endrix Avropa Liqası 1/8 final mərhələsinin "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az 29 yaşlı almaniyalı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
"Qarabağ" hücumda çox güclüdür. Müdafiədə isə bir az zəifdirlər. Amma çətin oyun olacaq, çoxlarının təsəvvür etdiyi kimi asan olmayacaq. İlk matçı səfərdə keçirməyimizi üstünlük hesab edirəm. Təbii ki, səfər qolları qaydası artıq mövcud deyil. Çox istərdim ki, evdə, "Bay Arena"da növbəti mərhələyə adlaya bilək.
saytlarin hazirlanmasi