"Qarabağ"ın rəqibi Bakıya gəlir - FOTO

19:39 - 6 Mart 2024

Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" Azərbaycana gəlir.

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisini gətirən təyyarə Bakıya yola düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Qarabağ" - "Bayer" qarşılaşması sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


Xəbər xətti