"Qaradağ Lökbatan" "İmişli"ni məğlub edib lider oldu - VİDEO

19:24 - 7 Mart 2024

Futbol üzrə Azərbaycan I Liqasında XVII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" doğma meydanda "İmişli"ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 35-ə yüksəldən "Qaradağ Lökbatan" çempionatın lideridir. 32 xalı olan "İmişli" isə 4-cü yerdədir.

"Qaradağ Lökbatan" - "İmişli" 1:0
Qol: 
Murad Qayalı, 85
Qırmızı vərəqə: Mikel Badejo, 80

Xəbər xətti