Avropa Liqasında 1/8 final mərhələinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Sportal.az xəbər verir ki, 4 nəfərin arasında "Qarabağ"ın hücumçusu Juninyo Olavio da var. Digər namizədlər isə "Marsel"dən Pyer-Emerik Obameyanq, "Roma"dan Stefan El-Şaaravi və "Liverpul"dan Darvin Nunyesdir.
Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun əsasında aydınlıq gələcək.
Qeyd edək ki, Juninyo "Qarabağ"ın Bakıda "Bayer"lə keçirdiyi matçda (2:2) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi