"Lunyov xaricdə oynayan ən yaxşı rus qapıçıdır"

12:17 - 8 Mart 2024

Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov "Qarabağ"da çıxış edən Andrey Lunyov haqda danışıb.

Sportal.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis Lunyovu xaricdə çıxış edən ən yaxşı rus qapıçı adlandırıb:

"Lunyov indi Rusiyanın ən yaxşı qapıçısıdır? Xeyr, biz onu digər qapıçılarla müqayisə edə bilmərik. Çünki o, Rusiya Premyer Liqasında oynamır. Digər qapıçılarımız isə indi avrokuboklarda çıxış etmirlər. Lunyov xaricdə oynayan ən yaxşı rus qapıçıdır. Amma bizim klublar avrokuboklarda oynamadığından, düzgün müqayisə aparılmayacaq.

Andrey martda millidə bir nömrə olacağını deyə bilmərəm. Bütün qapıçılar Novoqorskdakı təlim-məşq toplanışına gələndə ilk olaraq məşqdə onlara baxıb söhbət edəcəm. Bundan sonra kimin hansı matçda oynayacağına və neçə qapıçının meydanda olacağına qərar verəcəm".

Xəbər xətti