"Qəbələ" "Sabah"la matça 4 itki ilə çıxacaq

10:54 - 9 Mart 2024

“Qəbələ” Misli Premyer Liqasının XXVI turunda “Sabah”la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, matç “Bank Respublika Arena”da keçiriləcək.

"Qəbələ" görüşün hazırlığını başa vurub. Samuel Tetteh, Asif Məmmədov və Nicat Əliyev bərpa prosesi keçirlər. Lukas Afriko isə cəzalıdır.

Xatırladaq ki, sabah “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” görüşü saat 17:30-da başlayacaq.

Xəbər xətti