İspan futbolçu: "Qarabağ"da maaş problemi yox idi"

16:45 - 11 Mart 2024

"Qarabağ"ın sabiq futbolçusu Dani Kintana İspaniya mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, "Canarias 7" nəşrinə danışan ispan vinger Azərbaycanda çıxış etdiyi günləri xatırlayıb. 37 yaşlı veteran futbolçu "Qarabağ"ın çox yaxşı klub olduğunu bildirib:

"Qarabağ"ın bütün üzvlərinə çox minnətdaram. Onlara təşəkkürüm sonsuzdur. "Qarabağ" çox yaxşı klubdur. Orada hər oyuna görə bütün bonusları almışam, maaş problemi yox idi. Çünki onlar müasirdi və imkanları inanılmazdı".

Qeyd edək ki, Dani Kintana 2015-2020-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 148 rəsmi matçda 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti