"Fənərbaxça"nın 3 müdafiəçisi Konfrans Liqası matçında oynamayacaq

20:49 - 12 Mart 2024

"Fənərbaxça" Konfrans Liqası 1/8 mərhələsinin cavab matçı çərçivəsində öz meydanında "Yunion Sent-Jilluaz"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Mərkəz müdafiəçiləri Rodriqo Bekan, Çağlar Söyüncü və Leonardo Bonuççi zədəlidir. Müalicəsi davam edən Coşuq Kinq də komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Yunion Sent-Jilluaz" qarşılaşması 14 mart tarixində Bakı vaxtilə saat 21:45-də baş tutacaq. Komandalar arasında Belçikada keçirilən ilk oyun Türkiyə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti