"Sabah"dan yeni əməkdaşlıq müqaviləsi

16:34 - 13 Mart 2024

“Sabah” və “GolfCar Azərbaycan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportal.az xəbər verir ki. məkdaşlıq çərçivəsində şirkət “Sabah” FK-nı qolf maşını ilə təmin edib. Klubun ixtiyarına verilmiş qolf maşınından ölkə çempionatının oyunlarında, futbolçuların zədələnməsi zamanı meydançadan daşınması üçün istifadə ediləcək.     

Qeyd edək ki, “GolfCar Azərbaycan” ölkəmizdə qolf maşınlarının aparıcı təchizatçısıdır. Səkkiz illik fəaliyyəti ərzində şirkət geniş xidmətlər təklif edən etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir. Şirkətin xidmətlərinə qolf maşınlarının satışı, icarəsi, təmiri, tüninqi, həmçinin xidməti qulluğu daxildir.

Xəbər xətti