"Juninyo "Bayer"lə oyunda şou göstərdi"

19:20 - 13 Mart 2024

UEFA Avropa Liqasının rəsmi “X” hesabında “Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə bağlı post paylaşıb.

Sportal.az xəbər verir ki, postda “Juninyo “Bayer”lə oyunda şou göstərdi” yazaraq braziliyalı forvardın ilk oyundakı məhsuldar ötürməsi və qolu paylaşılıb.

Qeyd edək ki, “Qarabağ” ilə “Bayer” arasında keçirilən ilk görüş heç-heçə (2:2) yekunlaşıb. Leverkuzendəki cavab matçı isə sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq. 


Xəbər xətti