Almaniya millisinin veteran forvardı Miroslav Kloze "Latsio"nun baş məşqçi postuna dəvət edilə bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "qartallar"ın rəhbərliyi Mauritsio Sarrini məhz almaniyalı ilə əvəzləməyi planlaşdırır.
Yaxın vaxtlarda tərəflər arasında razılıq əldə olunacağı gözlənilir.
Kloze qarşı tərəfə şifahi razılıq verib. "Latsio"nun sabiq futbolçusu "Bavariya"nın U-17 komandasında və Avstriyanın “Rheindorf Altax” klublarında məşqçi kimi çalışıb.
saytlarin hazirlanmasi