Millidə kapitanlıq ilk dəfə ona həvalə edildi

13:13 - 25 Mart 2024

“İnter”in yarımmüdafiəçisi Nikolo Barella ilk dəfə İtaliya millisini meydana kapitan sarğısında çıxarıb.

Sportal.az xəbər verir ki, bu, ABŞ-da Ekvadora qarşı keçirilmiş yoldaşlıq görüşünə təsadüf edib.

Barellaya “Skuadra Adzurra”nın heyətində keçirdiyi 52 matçda ilk dəfə kapitan sarğısı həvalə edilib.

Qeyd edək ki, bu görüşdə italiyalılar rəqibinə 2:0 qalib gəlib.

Xəbər xətti