"İnter" transfer çalışmalarını davam etdirir.
Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “nerazzura” Albert Qudmundsson üçün hərəkətə keçib.
Milan təmsilçisi "Cenoa"nın hücumçusunu heyətinə qatmaqda maraqlıdır. Məlumata görə, “İnter” islandiyalı uğrunda mübarizədə “Tottenhem”ə qalib gəlib.
Transfer məbləği 30 milyon avro ola bilər. Qudmundsson 27 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. İslandiya millisinin forvardı 2022-ci ildə “AZ Alkmaar”dan “Cenoa”ya keçib. Onun A seriyası klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qıədərdir.
saytlarin hazirlanmasi