Almaniya millisinin təcrübəli futbolçusu Toni Kroos Avropa çempionatından sonra ölkəsinə qayıda bilər.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, yarımmüdafiəçi "Real"dan ayrılmağa yaxındır.
Almaniya mətbuatının iddiasına görə, Kroos yayda "kral klubu"ndan ayrılacaq və sezona "Borussiya"da başlayacaq.
34 yaşlı futbolçu 2014-cü il iyulun 17-dən "Real"ın formasını geyinir. Onun İspaniya nəhəngi ilə müqaviləsi mövsümün sonuna qədərdir.
saytlarin hazirlanmasi