"Tottenhem" Timo Vernerlə bağlı qəti qərar verməyib.
Sportal.az "fourfourtwo" portalına istinadən xəbər verir ki, London təmsilçisi "Leyptsiq"ə məxsus olan forvardın transfer hüququna yiyələnməyə tələsmir.
Belə ki, "Tottenhem" almaniyalı üçün 17 milyon avro ödəmək istəmir. Amma İngiltərə klubunun rəhbərliyi 28 yaşlı alman futbolçunun çıxışından razı qalıb. Bununla belə, onlar həmin məbləği ödəməyə tələsmir.
O, 2024-cü il yanvarın 9-da Premyer Liqa klubuna altı aylıq icarə əsasında keçib. Verner “Ştutqart”, “Çelsi” klublarında da çıxış edib.
saytlarin hazirlanmasi