Rusiya millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesov Azərbaycan millisinin baş məşqçi postuna namizədlər arasındadır.
Sportal.az xəbər verir ki, bu barədə Rusiyanın “Чемпионат” portalı məlumat yayıb.
60 yaşlı mütəxəssis AFFA-nın şort-listində yer alıb. Çerçesov milli komandamızın baş məşqçisi vəzifəsinə üç namizəddən biridir.
Rusiyalı həmkarlarımızın iddiasına görə, Çerçesova təklif hələ ki, verilməyib. Qeyd edək ki, təcrübəli mütəxəssis “Spartak”(Moskva), “Jemçujina”, “Terek”(indiki “Axmat”), “Amkar”, “Dinamo”(Moskva), “Legiya”, “Ferentsvaroş” klublarını çalışdırıb. O, həmçinin 2016-2021-ci illərdə Rusiya millisinə rəhbərlik edib.
saytlarin hazirlanmasi