“Fənərbaxça” Türkiyə Superliqasından çəkilərək başqa liqada iştirak etmək variantını nəzərdən keçirir.
Sportal.az “BPT”yə istinadən xəbər verir ki, buna səbəb Türkiyə Superliqasının 30-cu turunun səfər oyunundan sonra (3:2) “Trabzonspor” azarkeşlərinin “Fənərbaxça” futbolçularına hücumu olub.
“Fənərbaxça” İtaliya, İspaniya, Fransa, Niderland və Belçika milli liqalarını yeni daimi turnir kimi nəzərdən keçirir.
Sadəcə, hazırda klubdaxili olaraq, qaydaların onlara başqa ölkənin liqasında oynamağa icazə verib-verməməsi müzakirə edilir.
Əlavə edək ki, "Fənərbaxça" Türkiyə Superliqasında 30 turdan sonra 81 xala malik olan lider "Qalatasaray"dan iki xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi