"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair millisində növbəti qolunu vurub.
Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "FİFA series - Edition 2024" çərçivəsində CAR millisi ilə keçirilmiş matçda 2 qol vurub və 1 məhsuldar ötürmə etməyi bacarıb.
Benzia matçın ən yaxşısı seçilib. 3:3 hesabı ilə başa çatan görüşün 74-cü dəqiqəsində meydanda olan "Qarabağ"lının vurduğu ikinci qol baxımlılığı ilə seçilib.
Qeyd edək ki, Yassun 4 gün öncə Boliviyaya qarşı keçirilmiş matçda da qol vurmuşdu.
saytlarin hazirlanmasi