Rusiya milli komandasının sabiq baş məşqçisi Stanislav Çerçesov Andrey Lunyovun "Qarabağ"a keçməklə düzgün seçim etdiyini qeyd edib.
Sportal.az xəbər verir ki, “Матч ТВ”yə danışan təcrübəli mütəxəssis Ağdam klubunun qolkiperi barədə bu cür danışıb:
"Təəssüf ki, Andrey Lunyovu iş başında görə bilmədik. Böyük ehtimalla o, Paraqvayla matçda millinin qapısını qoruyacaqdı. Lunyovla Almaniyada tanış olmuşdum. Biz o vaxt Leverkuzendə oynayırdıq, otelimizə gəldi, uzun müddət söhbət etdik. “Qarabağ”a keçməklə düzgün addım atdı. O, stabil olaraq avrokuboklarda oynayan, özünü sübut edə biləcək yaxşı kluba keçdi".
saytlarin hazirlanmasi