Gürcüstanın futbol üzrə milli komandasının oyunçuları Avropa çempionatına vəsiqə qazandıqları üçün “Şərəf” ordeni ilə təltif olunacaqlar.
Sportal.az “TACC” agentliyinə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib:
“Bu uşaqlar qəhrəmandırlar və qəhrəmanları qiymətləndirmək lazımdır. Bunlar ən layiqli insanlardır və buna görə də Şalva Paruaşvili (parlamentin spikeri) ilə birlikdə bu cür qərara qərara gəldik. Bizim futbolçuların hər birinə “Şərəf” ordeni təqdim ediləcək”. Gürcüstan vətəndaşlarına “Şərəf” ordeni ölkə prezidenti Salome Zurabişvili tərəfindən verilir. Baş nazir və parlamentin sədri yüksək dövlət mükafatına namizədləri prezidentə təqdim edə bilərlər.
saytlarin hazirlanmasi