Azərbaycan millisinin üzvü Superliqada oynamaq istəyir

15:34 - 27 Mart 2024

Azərbaycanlı forvard Superliqada oynamaq niyyətindədir Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyənin “Boluspor” klubundakı çıxışından və məqsədlərindən danışıb.

Sportal.az xəbər verir ki, “Bolu Olay”a açıqlama verən yarımmüdafiəçi bunları deyib:

"Burada hər şey xoşuma gəlir, özümü çox yaxşı hiss edirəm. “Boluspor” Albaniyanın “Eqnatiya” klubu ilə müqayisədə, fərqli sistemdə oynayır. Əminəm ki, zaman keçdikcə daha çox qol vurub, daha çox məhsuldar ötürmə verəcəm. Əsas məqsədimiz Super Liqaya vəsiqə qazanmaqdır. Hamımız bunu istəyirik. Amma bunun üçün pley-offda uğur qazanmalıyıq. Bu məqsədə çatmaq üçün çox çalışmaq və təkmilləşmək lazımdır".

Qeyd edək ki, "Boluspor" 43 xalla 7-ci pillədədir.

Xəbər xətti