Belçika millisinin üzvü "Barselona"ya keçə bilər

10:34 - 28 Mart 2024

“Everton”un və Belçika millisinin yarımmüdafiəçisi Amadu Onana "Barselona"nın hədəfinə çevrilib.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 22 yaşlı oyunçunun yüksək qiyməti Kataloniya klubunu geri çəkilməyə məcbur edib.

Romeunun performansı “Barsa”nın məşqçilər korpusunu qane etmədiyi üçün Andreas Kristenseni yarımmüdafiə mərkəzinə çəkməli olublar. Kataloniya klubunun rəhbərliyi isə həmin problemi Amadu Onana ilə aradan qaldırmağa çalışır.

Belçikalı “Hoffenhaym”, “Hamburq”, “Lill”də oynadıqdan sonra 2022-ci ildə “Everton”a keçib.Onun “Everton”la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti