Rusiyanın “Spartak” (Moskva) klubunun sabiq baş direktoru Yuri Zavarzin “Neftçi”yə qarşı Bakıda keçirilməli olan yoldaşlıq oyununun ləğv edilməsindən danışıb.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən sabiq “Spartak”lı bunları deyib:
"Düşünürəm ki, “Neftçi” - “Spartak” matçının ləğvi ən pis variant deyildi. Birincisi, onların hamısı artıq yorulub. Çempionatın sonuna yaxın verilən əlavə pauza oyunun tonuna təsir etmir. O, ya mövcuddur, ya da yoxdur. Bir oyun buna necə təsir edə bilər? Əlbəttə ki, bu, məşqçinin problemidir. Amma yəqin ki, bu şəkildə daha yaxşı olduğunu düşünürdülər. İndiki məqamda vacib olan psixoloji məqamdır. Bütün ölkə matəm içindədir”.
Xatırladaq ki, komandalar arasında martın 23-də baş tutmalı olan oyun, matçdan bir gün əvvəl Moskva vilayətində baş vermiş terror aktı səbəbindən ləğv edilmişdi.