Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında potensial rəqibləri bəlli olub.Sportal.az xəbər verir ki, püşkatma aprelin 4-də keçiriləcək. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv püşkatmada birinci səbətdə yer alacaq:
1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.
2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.
3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.
4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.
Əlavə edək ki, qitənin əsas turniri iyunun 1-9 arasında Sarayevoda olacaq.
saytlarin hazirlanmasi