Layven Kurzava azad agent kimi PSJ-dən ayrılacaq.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, fransalı yeni mövsümə Paris klubunda başlamaq niyyətində deyil.
31 yaşlı müdafiəçinin İspaniyaya yollanacağı gözlənilir.
Belə ki, onun xidmətində “Jirona” maraqlıdır.
Kurzava 2015-ci ildə “Monako”dan PSJ-yə keçib. O, ötən mövsümün ilk yarısını “Fulhem”də icarə əsasında oynamış, lakin sonradan yenidən Fransaya qayıtmışdı.
saytlarin hazirlanmasi