"Neftçi" "Spartak"la qarşılaşacaq

10:57 - 31 Mart 2024

"Spartak" "Neftçi" ilə daha bir yoldaşlıq görüşü keçiriəcək.

Sportal.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Spartak"ın baş direktoru Oleq Malışev klubun "Neftçi" yoldaşlıq oyunu keçirmək niyyətində olduğunu deyib: "Çalışacağıq ki, gələcəkdə "Neftçi" ilə yoldaşlıq oyunu təşkil edək. Nə vaxt olacağı bəlli deyil, amma əlaqədəyik".

"Spartak" və "Neftçi" klubları 2023-cü il iyulun 18-də Moskvada yoldaşlıq oyunu keçirib. Matç Moskva klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, komandalar arasında martın 23-də baş tutmalı olan oyun, matçdan bir gün əvvəl Moskva vilayətində baş vermiş terror aktı səbəbindən ləğv edilmişdi.

Xəbər xətti