"Milan" Gürcüstan millisinin və "Valensiya"nın qolkiperi Giorgi Mamardaşvilini heyətinə qatmağı planlaşdırır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər" gürcünü transfer etmək üçün hərəkətə keçib.
İtaliya klubu bu keçidin yayda reallaşmasına çalışacaq.
"Milan"ın Mamardaşvili üçün 40-50 milyon avro ödəməli olacağı iddia edilir. Gürcüstan millisinin qolkiperi bu mövsüm bütün turnirlərdə 28 görüşdə meydana çıxıb. Onun "Valensiya" ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
saytlarin hazirlanmasi