"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Real"la ilk oyun öncəsi komandanın təqvimindən narazılığını bildirib.
Sportal.az xəbər verir ki, “City Xtra”ya danışan ispaniyalı mütəxəssis bunları deyib:
“Biz aprelin 3-də 20:00-da “Aston Villa” ilə, sonra şənbə günü günorta saatlarında “Kristal Pelas”la oynayırıq. 12:30-da! Bundan sonra çərşənbə axşamı Madridə yollanacağıq. “Real”ın bizimlə oyuna hazırlaşması üçün doqquz gün var, doqquz gün! Mənə də bir daha bir gün vaxt verin. Çünki fərq çox böyükdür”.
Qeyd edək ki, “Real” – “Mançester Siti” görüşü aprelin 9-da 00:00-da keçiriləcək.
saytlarin hazirlanmasi