"Sabah" İtaliya klubunu məğlub etdi

13:36 - 31 Mart 2024

"Sabah"ın U-13 komandası İtaliyada ilk matçında qələbə qazanıb. 

Sportal.az xəbər verir ki, İtaliyanın Ravenna şəhərində, "Ravenna Cup" beynəlxalq turnirində iştirak edən təmsilçimiz birinci görüşünü "Zambra Calcio"ya qarşı keçirib.

Görüş "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Nasir Nəsirlinin rəhbərlik etdiyi kollektiv "Zambra Calcio" ilə yanaşı, "Piza", "Rozina", "Benfika Escola"(Lüksemburq) klubları ilə eyni qrupda mübarizə aparır.

Xəbər xətti