"Qarabağ" Abdullah Zubiri komandada saxlamağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi fransalı futbolçuya yeni 2 illik müqavilə təklif edib.
Tərəflər arasında danışığın mövsümün sonunda aktivləşəcəyi gözlənilir.
"Qarabağ" Zubirlə yeni 2 illik müqavilə imzalayaraq növbəti iki mövsümdə də onun xidmətindən istifadə etməyi planlaşdırır.
Fransalı futbolçunun özünün də Azərbaycan çempionu tərk etmək istəmədiyi deyilir. Onun "Qarabağ"da qalmağa müsbət yanaşdığı iddia olunur. 32 yaşlı futbolçu 2018-cil ildə “Lans”dan “Qarabağ”a keçmişdi. Zubir karyerası ərzində "Qrenbobl", "İstr", "Hibernian", "Petrolul" klublarında oynayıb.
saytlarin hazirlanmasi