“Brayton”un baş məşqçisi Roberto De Zerbi cari mövsümün sonunda Avropanın böyük klublarından birini çalışdıracağına ümid edir.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, 44 yaşlı məşqçi “Bavariya” başda olmaqla bir çox böyük klubdan təklif alıb.
İngiltərə klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər olmasına baxmayaraq, De Zerbi “Brayton”dan ayrılmağa hazırdır.
O, yeni mövsüm hazırkı klubunda qalmağı planlaşdırmır. İtaliyalı mütəxəssis “Foggia”, “Palermo”, “Benevento”, “Sassuola”, “Şaxtyor”(Donetks) klublarında işləyib.
saytlarin hazirlanmasi