"Beşiktaş" "Qarabağ"ın hücumçusu Olaviyo Juninyonu heyətinə qatmaqda israrlıdır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun prezidenti Hasan Arat braziliyalını transfer etmələri üçün göstərişlər verib.
Klub rəsmisi özü də, hücum xəttindəki problemi Juninyo ilə aradan qaldıracaqlarına inanır. Buna görə də, "Qarabağ"dan braziliyalı hücumçunu transfer etmək üçün danışıqlara başlayıb.
Juninyonun adı bundan əvvəl "Lans", "Dinamo"(Moskva), "Fənərbaxça", "Tuluza" kimi klublarla hallanırdı. "Qarabağ"a yayda Portuqaliyanın "Şaviş" klubundan gələn Juninyonun 2026-cı il iyunun 30-na qədər müqaviləsi qüvvədədir.
O, bu mövsüm "Qarabağ"ın heyətində 44 görüşdə 25 qol vurub, 8 asist edib.
saytlarin hazirlanmasi