"Qarabağ"ın kapitanı Maksim Medvedev Rusiyanın "Metaratings.ru" saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu qarşılaşdığı ən güclü oyunçunu açıqlayıb. Təcrübəli müdafiəçi Eden Azara qarşı çətinlik çəkdiyini bildirib:
"Eden Azarı deyərdim. Çünki Karrasko, Pedro və bir çox futbolçulara qarşı oynamışam. Amma Azar saxlaya bilmədiyim yeganə oyunçudur. Hansı ayağımı, hansı tərəfdən tutacağımı bilmirdim. O, sadəcə olaraq fenomenal oyunçu idi".
saytlarin hazirlanmasi