Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəlli olub.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Macarıstandakı görüşü ingiltərəli Kirsti Doul idarə edəcək.
Ona Sofi Denninqton və Rubi Sykes kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Emili Heaslip yerinə yetirəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.
saytlarin hazirlanmasi