Serbiya mətbuatı "Qarabağ"ın növbəti çempionluğundan yazıb.
Sportal.az xəbər verir ki, bu ölkənin tanınmış "Arena Sport" nəşri Ağdam klubu haqda bunları qeyd edib:
"Çempionatın başa çatmasına səkkiz tur qalmış “Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu adını qazandı. “Bayer”(Leverkuzen) isə yeni mövsümdə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk komanda oldu. "Qarabağ" Azərbaycanda inamla dominantlıq edir. Son turda “Kəpəz” üzərində qələbə qazanan (6:1) "Qarabağ" son 11 mövsümdə 10-cu çempionluğunu təmin ediblər. Bu müddət ərzində yalnız “Neftçi” bir dəfə bu hegemonluğu qıra bilib. Bu, 2020/21 mövsümündə baş verib. Turnir cədvəlində “Qarabağ”ın çempionatda necə üstün olduğunu görmək olar: 8 tur qalmış onların yanvar ayından “Srvena Zvezda”nın sabiq çalışdırıcısı Miodraq Bojoviçin rəhbərlik etdiyi “Neftçi”yə qarşı əlçatmaz, 26 xallıq üstünlükləri var.
Qurban Qurbanov nəinki həqiqətən əla oyunçular qrupunu toplayıb, həm də əla oyun nümayiş etdirdi Avropa və bütün dünya komandanın bombardiri (liqada 17 qol) Juninyonun texniki və sürət qabiliyyətləri ilə tanış oldu. “Qarabağ” həm də Adama Diakabi və Hamidu Keytanın ifasında fransız hücum potensialına malikdir. Yasin Benzia, Marko Yankoviç, Leandro Andrade, Julio Romao yarımmüdafiədə ton təyin edib, Marko Vesoviç isə sağ cinah müdafiəçisi kimi seçilir. Yaz-payız sistemi ilə oynayan ölkələri nəzərə almasaq, "Qarabağ" Uelsin "Nyu-Seynts”dən sonra yeni mövsüm Çempionlar Liqasına vəsiqə qazanan ikinci komanda oldu. Bundesliqanın lideri "Bayer" də əvvəlki turda "Hoffenheym” üzərində qələbə qazanaraq (2:1), qalan görüşlərdə məğlub olsa belə, dördüncü yerdən aşağı düşməyəcək. Beləliklə, Leverkuzen klubu Avropada Çempionlar Liqasının qrupunun yeni mövsümünə vəsiqə qazanan ilk klub oldu".
saytlarin hazirlanmasi