Materatsi 18 il əvvəlki məşhur hadisə haqda: "Həmin anı xatırlamağı sevmirəm"

09:18 - 2 Aprel 2024

İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi 2006-cı il dünya çempionatının finalında Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidanla arasında baş verən insidentdən təəssüfləndiyini bildirib.

Sportal.az xəbər verir ki, “The Times”a danışan veteran futbolçu həmin anı xatırlamağı sevmədiyini dilə gətirib: 

“Düzü, həmin anı xatırlamağı sevmirəm. Çünki o epizod bütün karyeramı əks etdirmir. Belə olmamalı idi. İkinci hissənin əvvəlindən bəzi ifadələr oldu ki, axırda da gətirib həmin epizoda çıxardı".

Marko Materazzi final matçından sonra Zinəddin Zidanla bir daha qarşılaşmadığını qeyd edib. Əlavə edək ki, Almaniyanın paytaxtı Berlində keçirilmiş görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış, penaltilər seriyasında daha dəqiq(5:3) oynayan italiyalılar dünya çempionatu adını qazanmışdı.

Xəbər xətti