Xorvatiyanın "Dinamo" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli yerli liqada ən yaxşı göstəricilərə malik hücumçudur.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin 26 yaşlı hücumçusu zədə səbəbindən mövsümün böyük hissəsini buraxsa belə, Xorvatiya çempionatında çıxış edən 21 hücumçunu aşağıdakı statistik göstəricilərə görə qabaqlayıb:
- reallaşdırma - 25%
- rəqibin qapısı qarşısında başla oynamaq - 50%
- ötürmələrin dəqiqliyi – 86%
- oyunlarda itirilmiş topların orta sayı – 0,76%
- uğurlu driblinq – 60,5%
- topu rəqibin yarısında saxlamaq – 86,8%
Qeyd edək ki, bu mövsüm Emreli 12 matçda (544 dəqiqə) 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi