"İnter" 30 turdan sonra A Seriyasında qələbə sayına görə klub rekordunu təkrarlayıb.
Sportal.az xəbər verir ki, “nerazzura” bazar ertəsi ölkə çempionatında "Empoli"ni 2:0 hesabı ilə məğlub edib.
Belədə, Simone İnzaqinin rəhbərlik etdiyi kollektiv A seriyasının 30 oyununda 25-ci qələbəsini qazanıb.
Bu isə klub tarixində ikinci dəfədir təkrarlanır.
"İnter" ilk dəfə bunu 2006/07 mövsümündə reallaşdırıb. Həmin vaxtı isə milanlılara Roberto Mançini rəhbərlik edib.
saytlarin hazirlanmasi